AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 2025-ci ilin birinci yarımilinə dair iş planı

1.    GRECO-nun 5-ci dəyərləndirmə raundu çərçivəsində verilmiş və icrası mümkün tövsiyələrə dair müvafiq işlər görülməsi (yanvar–iyun 2025-ci il)

2.    Qiymətləndirilməsi və təhlili Komissiyaya həvalə edilmiş milli fəaliyyət planlarının icra vəziyyətinə dair dövlət orqanlarından (qurumlarından) daxil olan məlumatların ümumiləşdirilərək təhlilinin həyata keçirilməsi (yanvar–iyun 2025-ci il)

3.    Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında korrupsiya risklərinin idarə edilməsi Qaydaları layihəsinin Katiblik tərəfindən hazırlanması (yanvar–mart 2025-ci il)

4.    Korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması məqsədilə bu sahədə mövcud problemlərin Katiblik tərəfindən təhlili və onların həlli yollarına dair təkliflər verilməsi (yanvar–iyun 2025-ci il)
5.    Korrupsiyaya qarşı mübarizə sahəsində qrant müsabiqələrinin elan edilməsi (yanvar–iyun 2025-ci il)

6.    Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla (GRECO, OECD, MONEYVAL və digərləri) əməkdaşlığın davam etdirilməsi    (yanvar–iyun 2025-ci il).