English version
Azərbaycanca

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2020-cı il ərzində görülən işlər barədə və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinin müzakirəsinə dair qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.

16:04 / 06.07.2021

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2020-cı il ərzində görülən işlər barədə
və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinin müzakirəsinə dair qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Müzakirələr 2021-ci il 1 iyul tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Ədliyyə Nazirliyinin əməkdaşlarının, eləcə də, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə aparılmışdır.
Tədbirdə ölkəmizdə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatların uğurla və davamlı şəkildə həyata keçirildiyi bildirilmiş, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2020-ci ildə görülmüş işlər barədə məlumat verilmiş, həmçinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinin tərtib edilməsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin fəal iştirakının vacibliyi qeyd edilmişdir.
 
Ümumi müzakirədə maliyyə şəffaflığının təmin edilməsi, korrupsiyanın qarşısının alınması sahəsində və ictimai həyatda vətəndaş cəmiyyəti institutlarının rolunu nəzərə alaraq, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” nın lahiyəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmış, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ilkin şifahi təklifləri dinlənilmiş, həmin təkliflərlə bağlı ortaya çıxan məsələlərin müzakirəsi aparılmış, eyni zamanda onlardan təkliflərini yazılı şəkildə təqdim etmələri xahiş edilmişdir.
 
Eləcə də, gələcəkdə qeyd edilən layihənin müzakirəsi  ilə əlaqədar qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə davamlı olaraq görüşlərin keçirilməsinin vacib və məqsədəmüvafiq olması diqqətə çatdırılmışdır.

Geri   Yuxarı   Çap et
Korrupsiyanın səviyyəsini azaltmaq üçün hansı tədbirin həyata keçirilməsini daha vacib hesab edirsiniz?
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması
Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi
Qanunların təkmilləşdirilməsi
Dövlət qulluğuna yeni kadrların cəlb edilməsi
Korrupsiya hüquqpozmaları törətmiş məmurlara qarşı cəza tədbirlərinin gücləndirilməsi
Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi
Əhalinin hüquqi cəhətdən maarifləndirilməsinin artırılması
Antikorrupsiya mədəniyyətinin formalaşdırılması
Məmurların, büdcə təşkilatlarında işləyənlərin əməkhaqqılarının artırılması
Məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilməsi
Korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin dövlət tərəfindən həvəsləndirilməsi və müdafiə olunması
Dövlət orqanlarının fəaliyyəti barədə informasiya əldə edilməsinin asanlaşdırılması
Səs ver
Nəticə