English version
Azərbaycanca

Qrant müsabiqəsi elanı

14:04 / 12.11.2020


Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Korrupsiyanın qarşısının alınması ilə bağlı maarifləndirici video-çarxın hazırlanması üzrə qrant müsabiqəsi elan edir.
    
Video-çarxın mövzusu və müddəti:

• Korrupsiya hüquq pozmalarının dövlətə və cəmiyyətə vurduğu ziyan.
•  Video-çarxın müddəti 5-10 dəqiqə.

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış Qeyri Hökumət Təşkilatları iştirak edə bilərlər.
 
Müsabiqədə iştiraka dair tələblər:

• Korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirici tədbirlər və ya tədqiqatlar aparılması təcrübəsi.
• Video-çarxın keyfiyyəti yüksək olmalı və təcrübəli video blogerlərin iştirakı təmin edilməlidir.

Layihələrin təqdim edilməsi:

Layihə təklifləri 22 noyabr 2020-ci ilədək Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron poçt (office@commission-anticorruption.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar korrupsiyanın qarşısının alınması ilə bağlı maarifləndirici video-çarxın hazırlanması layihəsini və lahiyənin hazırlanmasına tələb olunan büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti
• Təşkilatın Nizamnaməsinin surəti
• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti
• Təşkilatın VÖEN-nin surəti
• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat
• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)
 
Qiymətləndirmə meyarları:

• Qurumun təcrübəsi.
• Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.
• Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi;
• Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.
• Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
 
Müsabiqənin müddəti:

Layihələrin qəbulu 12 noyabr 2020-ci il tarixdən başlayır və 22 noyabr 2020-ci il tarixdə başa çatır.
 
Layihələrin qəbulu üçün son tarix:
 
22 noyabr 2020-ci il, saat 18:00.

 

Geri   Yuxarı   Çap et
Korrupsiyanın səviyyəsini azaltmaq üçün hansı tədbirin həyata keçirilməsini daha vacib hesab edirsiniz?
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması
Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi
Qanunların təkmilləşdirilməsi
Dövlət qulluğuna yeni kadrların cəlb edilməsi
Korrupsiya hüquqpozmaları törətmiş məmurlara qarşı cəza tədbirlərinin gücləndirilməsi
Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi
Əhalinin hüquqi cəhətdən maarifləndirilməsinin artırılması
Antikorrupsiya mədəniyyətinin formalaşdırılması
Məmurların, büdcə təşkilatlarında işləyənlərin əməkhaqqılarının artırılması
Məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilməsi
Korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin dövlət tərəfindən həvəsləndirilməsi və müdafiə olunması
Dövlət orqanlarının fəaliyyəti barədə informasiya əldə edilməsinin asanlaşdırılması
Səs ver
Nəticə