English version
Azərbaycanca

Açıq hökumətin təşviqinə dair yeni Milli Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi keçiriləcək

14:59 / 07.02.2020

8 Fevral 2020-ci il tarixdə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın yekun layihəsinin müzakirəsi keçiriləcəkdir. Dövlət Miqrasiya Xidmətində keçiriləcək müzakirədə vətəndaş cəmiyyətinin nümayəndələri, Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvləri, müstəqil ekspertlər eləcə də, dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.  Yeni Milli Fəaliyyət Planının hazırlıq mərhələsi ötən ilin 1 iyun tarixindən başlamış və bütün maraqlı tərəflərin təklifləri nəzərdən keçirilmiş, ictimai müzakirələr, dinləmələr aparılmışdır.

Görüşdə geniş ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndələri ilə yeni Milli Fəaliyyət Planı haqqında fikir mübadiləsi aparılacaqdır. Tədbirdə iştirak etmək istəyən vətəndaş cəmiyyəti üzvləri Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına müraciət edə bilər.

Geri   Yuxarı   Çap et
Korrupsiyanın səviyyəsini azaltmaq üçün hansı tədbirin həyata keçirilməsini daha vacib hesab edirsiniz?
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması
Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi
Qanunların təkmilləşdirilməsi
Dövlət qulluğuna yeni kadrların cəlb edilməsi
Korrupsiya hüquqpozmaları törətmiş məmurlara qarşı cəza tədbirlərinin gücləndirilməsi
Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi
Əhalinin hüquqi cəhətdən maarifləndirilməsinin artırılması
Antikorrupsiya mədəniyyətinin formalaşdırılması
Məmurların, büdcə təşkilatlarında işləyənlərin əməkhaqqılarının artırılması
Məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilməsi
Korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin dövlət tərəfindən həvəsləndirilməsi və müdafiə olunması
Dövlət orqanlarının fəaliyyəti barədə informasiya əldə edilməsinin asanlaşdırılması
Səs ver
Nəticə