domain

Azərbaycan Açıq Hökumət Platforması Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlayacaq


2019-cu il 01 iyun tarixindən etibarən Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlayacaq.

 

Yeni Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması prosesi Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar ən geniş ictimai və vətəndaş iştirakçılığı təmin ediləcək, bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, KİV, vətəndaşların müzakirələrə cəlb edilməsi üçün ictimai müzakirə və dinləmələr, dəyirmi masa müzakirələri keçiriləcək. Azərbaycan Açıq Hökumət Platforması digər tərəfdaşlarla birlikdə bu prosesə bütün maraqlı tərəfləri fəal cəlb etmək, onların bilgiləndirilməsi üçün məlumatların yayılması, dialoqun təşkili, təklif və rəylərin toplanması, bunların bütün tərəflərlə paylaşılmasını, səmərli və peşəkar konsultasiyaların keçirilməsini təmin edəcəkdir. Azərbaycan Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri, vətəndaş cəmiyyəti təşkilatlarını, KİV-i, vətəndaşları bu prosesdə fəal iştirak edib, töhfələrini verməyə dəvət edir.

 

Bu məsələlərlə bağlı əlavə məlumat verilləcək. Yenilikləri Platformanın, https://www.facebook.com/opengovplatformaz/ Feysbuk hesabından və www.ogp.org.az saytı vasitəsilə izləyə bilərsiniz.

 






09:41 / 21.05.2019     Cap et  Çap et