domain

Antikorrupsiya Yay Məktəbinin açılışı olub


AZAKA-nın keçid qrupunun üzvü, millət vəkili Vüsal Hüseynov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərov, Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə üzrə baş idarənin böyük prokuroru Elnur Musayev, Konstitusiya Araşdırmalar Fondu İctimai Birliyinin prezidenti Əliməmməd Nuriyev və yay məktəbinin iştirakçıları qatılıb.

 

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə hər zaman diqqət mərkəzindədir. O xatırladıb ki, bir müddət əvvəl Prezident İlham Əliyev yeni iqtisadi şəraitlə bağlı göstəriş və tapşırıqlar verilib: “Korrupsiyaya qarşı mübarizə hər zaman ölkəmizdə diqqət mərkəzində olub. Amma bu, elə bir problemdir ki, davamlı öyrənilmək və bu prosesə çox çevik yanaşma tələb edir. Bu baxımdan Antikorrupsiya Akademiyasının "Yay məktəbi"nin keçirməsi çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, bura Azərbaycanın müxtəlif regionlarından gənclər toplaşıb. Əmin ola bilərsiz ki, bu "Yay məktəbi"ndə öyrənə biləcəkləriniz bizim üçün vacibdir. Korrupsiya sahəsində elə məsələlər mövcud olur ki, onlara qarşı effektiv mübarizə üsulları cəmiyyətin tövsiyəsi nəticəsində formalaşır. Elə hallar ola bilər ki, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası, korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış dövlət qurumları məhz cəmiyyətin dəstəyinə söykənmək istəyir. Bu baxımdan keçirilən "Yay məktəbi" çox əhəmiyyətlidir. Ümidvaram ki, "Yay məktəbi"ndə siz geniş ictimaiyyət üçün məlum olmayan, amma dövlət qurumlarının, xüsusən də Baş Prokurorluğun korrupsiya ilə bağlı aparılan mübarizəsi üzrə əhəmiyyətli məlumatlar əldə edəcəksiniz. Hamımız üçün aydın olan bir məsələ var ki, ölkəmizi, vətənimizi indikindən də daha güclü, daha inkişaf etmiş görmək istəyiriksə korrupsiyanın səviyyəsini minimuma endirməliyik və bunu çox arzulayırıq. Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvü kimi sizi əmin etmək istəyirəm ki, bu, dövlətimizin indiki inkişaf mərhələsində qarşıya qoyduğu çox ciddi bir məsələlərdir”.

 

AZAKA-nın fəaliyyəti barədə danışan millət vəkili Vüsal Hüseynov bildirib ki, akademiyanın yaradılmasında məqsəd cəmiyyətdə antikorrupsiya barədə məlumatlandırmanı artırmaq, korrupsiyanın qarşısının alınması üzrə həyata keçirilən tədbirlərə töhfə vermək, bu sahəyə marağı olanların yeni biliklər əldə etməsi üçün imkanlar təmin etməkdir: “Akademiyada həm peşəkar antikorrupsiya, həm də ixtisaslaşmış təlimlər keçiriləcək”. V.Hüseynov qeyd edib ki, AZAKA-nın fəaliyyət istiqamətlərindən biri də ümumi maraq göstərən şəxslərə yay məktəbləri formatında yeni biliklər təmin etməkdir: “Bu akademiyanın reallaşdırdığı ilk yay məktəbidir. Sevindirici haldır ki, ilk dəfə reallaşdırdığımız yay məktəbinə böyük maraq var. Biz yay məktəbində iştirak etmək üçün müsabiqə yolu ilə həm Bakı, həm də regionlardan 235 iştirakçı seçmişik. Yay məktəbində korrupsiyanın bütün istiqamətləri üzrə məsələlər, hansı formada bununla mübarizə aparıla bilər, vətəndaş olaraq bu prosesdə nə edə bilərik, hansı mübarizə metodlarının, təcrübələrin olması müzakirə olunacaq. Ümid edirəm ki, yay məktəbi gözləntilərimizi doğruldacaq”.

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərov isə çıxışnda qeyd edib ki, korrupsiya və bu kimi digər fenomenlər istənilən demokratik cəmiyyətin inkişafına maneə törədən ən böyük amillərdəndir: “Yay məktəbində iştirakçılara veriləcək biliklər məsələyə daha geniş rakursdan baxmağa, eləcə də onu real bir problem kimi qəbul etməyə imkan yaradacaq. Effektiv, şəffaf və korrupsiyasız dövlət idarəetməsi istənilən dövlət, onun orqanlarının faydalı fəaliyyət göstərməsi üçün əsas amillərdən biridir”.

 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev isə idarənin korrupsiyaya qarşı mübarizə üsullarından danışıb.

 

Tədbirdə iştirak edən “Konstitusiya Araşdırmalar Fondu” İctimai Birliyinin sədri Əliməmməd Nuriyev i çıxış edərək yay məktəbinin əhəmiyyətindən danışıb. Bildirib ki, AZAKA-nın yaradılması korrupsiyaya qarşı mübarizədə yeni imkanlar yaradacaq. Qeyd edək ki, yay məktəbi avqustun 28-ə qədər korrupsiyaya qarşı mübarizəyə həsr olunan müxtəlif panel müzakirələrlə davam edəcək.






12:00 / 06.09.2016     Cap et  Çap et